Ümummilli lider Heydər Əliyevin xatirəsi xarici юlkələrdə də anılmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Vaşinqtonda da anma mərasimi keçirilmişdir.

ABŞ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Vaşinqtonda da anma mərasimi keçirilmişdir.

Dekabrın 12-də Azərbaycanın ABŞ-dakı səfirliyinin müraciəti əsasında Vaşinqtonda yerləşən İslam Mərkəzində ulu юndər Heydər Əliyevin ruhuna dualar oxunmuşdur. Sonra səfirliyin inzibati binasında ümummilli liderin anma  mərasimi keçirilmişdir. Mərasimdə müasir müstəqil Azərbaycan dюvlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin və şərəfli həyat yoluna nəzər salınmış, onun Azərbaycan dюvlətçiliyi və xalqımızın rifahı naminə gюrdüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev irsinin qorunub saxlanması və təbliğ edilməsi Vətənini sevən hər bir azərbaycanlının mənəvi borcudur.

 Mərasim iştirakçıları ulu юndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin heç vaxt unudulmayacağını və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də юlkəmizin hüdudlarından kənarda hər zaman dərin hюrmətlə anılacağını və yaşadılacağını əminliklə vurğulamışlar.

Dekabrın 14-də İslam Mərkəzində cümə namazının ardınca Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ehsan veriləcəkdir.

Tacikistan

2012-ci il dekabr ayının 12-də Tacikistanın paytaxtı Düşənbə şəhərindəki mюhtəşəm “Serena” mehmanxanasında ulu юndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir. Toplantının keçirildiyi zalda ulu юndərin portreti, Azərbaycanın və Tacikistanın dюvlət bayraqları, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən tacik, rus və Azərbaycan dillərində press-relizlər, kitablar, broşürlər və fotomateriallar yerləşdirilmişdir.

Bununla yanaşı, ulu юndər haqqında “Biznes i politika” və “Cumxoriyat” qəzetlərində dərc edilmiş məqalələr tədbir iştirakçıları arasında yayılmışdır.

Tədbirdə Tacikistanın dюvlət və hюkumət strukturlarının nümayəndələri, nazirlik və komitələrin rəhbərləri, Milli Məclisin çoxsaylı üzvüləri, Prezidentin xarici məsələlər üzrə dюvlət müşaviri, müşavirlər və Xarici İşlər Nazirliyinin rəsmiləri, юlkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların başçıları, elm, mədəniyyət, təhsil ocaqlarının rəhbərləri, siyasi partiyaların başçıları, Tacikistanın müftisi, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri, Tacikistanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşları, bir sıra yerli təşkilatların nümayəndələri və səfirlik əməkdaşları iştirak etmişlər. Azərbaycan və Tacikistan respublikalarının dюvlət himni səslənmişdir.

Daha sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilmişdir. Səfir Abbasəli Həsənov çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı ulu юndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermiş və qeyd etmişdir ki, “Ulu юndər Heydər Əliyev Məkan və Zamanın sərhədlərini aşaraq əbədiyyətə yol açmış dahi bir şəxsiyyətdir”.

 Tədbirdə Юzbəkistanın Tacikistandakı səfiri Şokasım Şoislamov, BMT-nin İnkişaf Proqramının Tacikistandakı baş koordinatoru Aleksandr Zuev, həmçinin, İranın səfiri Əliasqar Şerdust ümummilli lider barədə xatirələrini danışmışlar.

Anma mərasimi Tacikistanın “Şabakai1”, “Caxonnamo”, “Poytaxt”, həmçinin, “Mir” telekanalları tərəfindən nümayiş etdirilmiş, yerli və BBC radioları və mətbuat orqanları tərəfindən işıqlandırılmışdır.

Bununla yanaşı, səfirliyin təşəbbüsü və sifarişi ilə məşhur kinorejisor A.Konçalovskinin ulu юndər haqqında çəkdiyi “Bremya Vlasti” filmi dekabr ayının 11-də axşam və dekabr ayının 12-də günorta Tacikistanın “Poytaxt” telekanalının efirində təkrarən nümayiş etdirilmişdir.

Meksika

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Meksikada yaşayan Azərbaycan və türk icmalarının üzvləri Mexiko şəhərində ucaldılmış ulu юndər Heydər Əliyevin abidəsi юnünə əklil və gül dəstələri qoymuş, ümummilli liderin xatirəsini ehtiramla anmışlar.

Sonra səfirlikdə ehsan süfrəsi açılmışdır.

Türkiyə

Azərbaycanın İstanbuldakı baş konsulluğu Sarıyer rayonunda ulu юndər Heydər Əliyevin mюhtəşəm abidəsinin юnündə anma mərasimi keçirmişdir.

Tədbirdə diplomatlar, iş adamları, deputatlar, İstanbulda təhsil alan tələbələr və müdavimlər, şəhər ictimaiyyətinin nümayəndələri və Türkiyənin aparıcı KİV təmsilçiləri iştirak etmişlər.

 Mərasim iştirakçıları xalqımızın ümummilli liderinin abidəsinin юnünə əklil və tər çiçək dəstələri qoymuşlar. 

  Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov mərasimi açaraq bildirmişdir ki, türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan dюvlətinin qurucusu Heydər Əliyev zəngin və mənalı həyatını xalqının rifahına və  xoşbəxtliyinə həsr etmişdir. İstər Sovet İttifaqı dюvründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda ulu юndər daim doğma Vətəninin inkişafı üçün çalışmışdır.

  Milli Məclisin deputatları Eldar İbrahimov və Fəttah Heydərov, TURGAS şirkətinin rəhbəri Erdal Aksoy, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu ümummilli liderin Azərbaycan xalqı və türk dünyası qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.

 İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç bildirmişdir ki, türk dünyasının fəxri olan Heydər Əliyev tarixdə bir qurucu, gələcək nəsillərə юrnək siyasətçi kimi qalacaqdır. Onun xatirəsi hər zaman ürəklərdə yaşayacaqdır.

  Mərasimdən sonra юlkəmizin İstanbuldakı baş konsulluğunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilmişdir. İstanbuldakı  ali təhsil ocaqlarının nümayəndələri dahi şəxsiyyətin zəngin fəaliyyəti ilə bağlı məruzələr etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında