Abbas Ələsgərov: “Bakının mərkəzində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı məsələ müzakirə mövzusudur”

“Keçmiş “Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş “Kubinka” və “Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı məsələ müzakirə mövzusudur. “Sovetski”nin sökülməsi məsələsi artıq həll olunub”.

“Keçmiş “Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş “Kubinka” və “Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı məsələ müzakirə mövzusudur. “Sovetski”nin sökülməsi məsələsi artıq həll olunub”.

APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov jurnalistlərə açıqlamasında demişdir. Onun sözlərinə görə, hazırda bu istiqamətdə layihənin hazırlanması üçün işlər gedir. Layihə müvafiq dövlət qurumları tərəfindən təsdiq olunandan sonra bu barədə açıqlama veriləcək.

 A.Ələsgərov Heydər Əliyev Sarayının arxasından Azərbaycan Milli Dram Teatrının qarşısına qədər olan ərazidə parkın tikintisinə də münasibətini bildirmişdir: “Həmin ərazidə “Qış parkı” olmayacaq. Buranı digər parklardan fərqləndirən cəhət yeraltı qarajın olmasıdır. 2013-cü ildə parkın inşasının yekunlaşacağı gözlənilir”.

Komitə sədri qeyd etmişdir ki, paytaxtın Vidadi küçəsində yerləşən yəhudi sinaqoqu  sökülməyəcək. Bu sinaqoq öz fəaliyyətini davam etdirəcək: “Hələlik ərazidə aparılan tikinti işlərinə həmin sinaqoq maneçilik yaratmır. Vidadi küçəsində olan yaşayış evlərinin sökülməsi və o ərazidə infrastruktur dəyişiklikləri ilə bağlı layihələndirmə işləri davam etdirilir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında