Zaqatalada anma mərasimi

Dekabrın 12-də Zaqatala rayonunda Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Dekabrın 12-də Zaqatala rayonunda Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları öncə ümummilli liderin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev mərkəzində ümummilli liderimizin anım günü münasibətilə elm-praktik konfrans keçirilmişdir.

Rayon fəallarının iştirak etdiyi tədbirdə ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, şərəfli və mənalı ömür yolunun 40 ilini xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Natiq ümummilli liderimiz Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsini bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdən olduğunu qeyd etmiş, ulu öndər, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır.

Daha sonra konfransda dinlənilən  digər məruzələrdə ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanmış, onun zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur.

Konfrans şagirdlərin hazırladığı kompozisiya və dahi şəxsiyyətə həsr olunmuş filmin nümayişi ilə yekunlaşmışdır.

İlqar HƏSƏNOV,
 “Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında