Həştərxanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

Dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsinin önündə keçirilmiş mərasimdə Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, o cümlədən vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, şəhər merinin müavini, iş adamları, diaspor təşkilatlarının təmsilçiləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Həştərxan bölməsinin nümayəndələri, burada yaşayan həmvətənlərimiz və tələbələr iştirak etmişlər.

Anma mərasimində çıxış edənlər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasətin əhəmiyyətindən danışmışlar. Ümummilli liderin elm, təhsil və mədəniyyətin inkişafında, ölkəmizin dünya birliyində layiqli yer tutmasında tükənməz xidmətləri xüsusi qeyd edilmiş, ulu öndərin Azərbaycan xalqının qəlbində daim yaşayacağı bildirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də Rusiya, o cümlədən  Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan hökuməti tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakının və Həştərxan vilayətinin eyni adlı Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının nəticəsidir.

Bildirilmişdir ki, tarixin amansız və sərt sınaqları dövründə dünyanın müxtəlif ölkələrinə səpələnərək yaşamağa məcbur olmuş azərbaycanlıların həmrəyliyinin təmin edilməsi də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider dünya azərbaycanlılarının təşkilatlanmasına və onların müstəqil Azərbaycan ətrafında sıx birləşmələrinə nail olmuşdur. Məhz onun sayəsində bu gün dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir.

Sonra ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklillər, gül çələngləri və tər çiçəklər qoyulmuşdur.

Dekabrın 12-də Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə ilk dərslər ulu öndərin anım gününə həsr olunmuşdur. Ümummilli liderin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyulmuş, akt zalında anım mərasimi keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında