Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Dekabrın 12-də ulu öndərimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri Xiyabana gələrək dahi rəhbərin məzarını ziyarət  etmiş, abidəsi önünə tər çiçəklər düzmüşlər. Sonra ümummilli liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazirlikdə təşkil olunmuş anma mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmiş, ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafının bilavasitə ulu öndərimizin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ümummilli liderin ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizdə sürətli sosial-iqtisadi tərəqqiyə nail olunmuş, Azərbaycan dünya birliyi üçün mühüm və etibarlı tərəfdaşa çevrilmiş, bir çox tarixi uğurlara imza atmışdır.

Nazir dahi rəhbərin “hüquqi dövlətin ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsidir” müdrik kəlamının bu gün reallığa çevrildiyini söyləmiş, bu sahədə aparılmış köklü islahatlardan danışmış, beynəlxalq aləmdə artıq təqdir olunan nailiyyətlərin ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəmin əyani təzahürü kimi qiymətləndirmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan ədliyyə işçiləri ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

Anma günü ilə bağlı nazirlikdəki Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalar, fotoşəkillər və yeni nəşrlərlə tanışlıq olmuş, xüsusi stend hazırlanmış, kinozalda ümummilli liderə həsr olunmuş yeni “Dövlət” filmi nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında