Suraxanıda ulu öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda konfrans keçirilmişdir.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdən əvvəl mərasim iştirakçıları ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş və abidənin önünə tər güllər qoymuşlar. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans öz işinə başlamışdır.

Konfrans iştirakçıları bir dəqiqəlik sükutla ulu öndərin əziz xatirəsini yad etmiş  və “Xatirələr” filminə baxmışlar.

Konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, vətənini, millətini sevən hər bir azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir. Öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır, əziz xatirəsi yad edilir.

Taleyin hökmü ilə iki dəfə hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd etmişdir ki, ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Konfransda Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, siyasi elmlər doktoru Elman Nəsirov, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, “Suraxanı Maşınqayırma zavodu” TASC-nin idarə heyətinin sədri Arif Babayev, YAP Suraxanı rayon gənclər təşkilatının sədri Zəkiyyə Musayeva, 87 nömrəli tam orta məktəbin məzunu Nigar İbrahimova çıxış etmişlər. Natiqlər xüsusi vurğulamışlar ki, Heydər Əliyev ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı.

Konfransı yekunlaşdıran başçı İlqar Abbasov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan dövlətini yaratmışdır. Xalqımız Heydər Əliyev sevgisini daim qəlbində yaşadır və yaşadacaqdır.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında