“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir

Dekabrın 11-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Dağlıq Qarabağın azərbaycanlı icması və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir.

Dekabrın 11-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Dağlıq Qarabağın azərbaycanlı icması və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir.

İctimai Birliyinin sədri və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafı ilə bağlı hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gördüyü işləri yüksək qiymətləndirmiş, gənc nəslə ulu öndərin ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə etmişdir.

Bildirilmişdir ki, respublikamızda, eləcə də dünyanın digər ölkələrində müstəqil Azərbaycandan danışanda həmişə Heydər Əliyevin adı xüsusi çəkilir və  uca tutulur. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi o dövrdə baş verə biləcək fəlakətlərdən xilas etmiş və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynamışdır. B.Səfərov qeyd etmişdir ki, ümummilli liderimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Sonra çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövrdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycan xalqının rifah halının yüksəldilməsi, müstəqil dövlətimizin inkişafı naminə atdığı addımlardan bəhs etmişdir. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının son illərdə gördüyü işlər barədə məlumat vermişdir.

İcra hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, İctimai Birliyin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov çıxış edərək ümummilli liderin Azərbaycan dilinin yaşadılması və  dirçəldilməsi istiqamətində atılan addımlardan söz açmışlar. Heydər Əliyev irsində Vətən sevgisi və azərbaycançılıq hissinin önəmli yer tutduğu xüsusi vurğulanmışdır.

Sonda ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında