Dövlət Dəniz Administrasiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, ARDDA-nın rəisi Qüdrət Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki misilsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, dahi şəxsiyyət hər bir azərbaycanlının qəlbində dərin məhəbbət, tükənməz sevgi yaratmaqla yanaşı, Vətəni üçün də böyük işlər görmüşdür. Azərbaycanı dünyaya tanıdan, ölkə iqtisadiyyatını ayağa qaldıran ulu öndər respublikamızın bugünkü uğurlu inkişafının təməlini qoymuşdur. Gəmiçiliyin, bütövlükdə ölkəmizin nəqliyyat infrastrukturunun yeniləşməsində ümummilli liderin və Prezident İlham Əliyevin böyük xidmətləri vardır.

ARDDA-nın rəisi müavini Ehtiram Rəhimiov, Administrasiyanın aparat rəhbəri Əhməd İsayev və digər çıxış edənlər görkəmli şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışaraq, məhz bu siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini və dünyada söz və nüfuz sahibi olduğunu bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında