Dekabrın 12-də Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir

Paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

Paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a bildirmişdir ki, ulu öndər Heydər Əliyevin xatirəsinin anma mərasimi ilə əlaqədar olaraq, ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 7.00-dan mərasim başa çatanadək Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

 Belə ki, Teymur Elçin və Mehdi Hüseyn küçələri kəsişməsindən - yəni Teleteatrın binası yanından, Hüseyn Cavid prospekti ilə Mikayıl Müşviq küçəsinin kəsişməsindən, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, Mətbuat prospektinin Mikayıl Müşfiq dairəsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

 Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Ziyarətə gələnlərdən ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında