“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müzakirəyə çıxarılması ictimaiyyətin böyük marağına səbəb olmuşdur

Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müzakirəyə çıxarılması ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müzakirəyə çıxarılması ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulması, müasir dövrün çağırışlarına cavab verən dinamik və uzunmüddətli inkişafın təmin edilməsi hər bir vətəndaşı fəal şəkildə müzakirələrdə iştirak etməyə təşviq etmiş, onların öz gələcəklərinə uyğun olan yeni inkişaf meyilləri haqqında fikir və təkliflərini verməyə sövq etmişdir. Ölkənin bu günü və gələcəyi ilə bağlı strateji əhəmiyyətli sənədlərin hazırlanmasında vətəndaşların iştirakı Azərbaycan demokratiyasının yetkinliyinin bariz göstəricisidir.

Konsepsiya insan fəaliyyətinin bütün sahələrini əhatə edən və rifah dövləti quruculuğu istiqamətində atılan mühüm addımdır. İnkişaf geniş məfhumdur və ilk olaraq insan kapitalından başlayır. Bu baxımdan milli inkişafımızın yeni mərhələyə keçidi ilk növbədə demokratik prinsiplərin hakim olduğu biliklərə və innovasiyalara əsaslanan cəmiyyətin tərəqqisini, rəqabətədavamlı və çoxşaxəli iqtisadi fəaliyyətin genişlənməsini, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin formalaşmasını nəzərdə tutur. Konsepsiyanın əsas məğzi insan amilinin hərtərəfli inkişafı üçün zəruri şərtlərin, mühitin və imkanların yaradılmasıdır. Bütün sosial kateqoriyalara aid olan vətəndaşların müzakirələrdə fəal iştirakı faktı özlüyündə Azərbaycanda insan kapitalı sahəsində mövcud irəliləyişin mühüm göstəricisidir.

2012-ci il ərzində müxtəlif qurum və ali təhsil ocaqlarında, elmi müəssisə və araşdırma mərkəzlərində keçirilən tədbirlərdə konsepsiya ətrafında geniş müzakirələr aparılmışdır. Vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən elektron poçt vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmiş iradlar və təkliflər ümumiləşdirilmiş və onların əsasında Konsepsiyaya müvafiq əlavələr edilmişdir. Konsepsiyanın yeniləşmiş forması yenidən cəmiyyətin açıq müzakirəsinə çıxarılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında