Ulu öndərin əziz xatirəsi Ali Məhkəmədə ehtiramla anılmışdır

Dekabrın 11-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dekabrın 11-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin ömür yolundan danışmış, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırmışdır.

Ali Məhkəmənin sədri bildirmişdir ki, Heydər Əliyev Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq  Sovet İttifaqı kimi dövlətin siyasi rəhbərliyində təmsil olunmuş, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu  əməli fəaliyyəti ilə təsdiqləmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Ümummilli lider azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olmuş, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi  üçün möhtəşəm işlər həyata keçirmişdir. Bu gün Azərbaycanın neft strategiyasında  qazandığı uğurların əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti  azərbaycançılıq  məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın  inkişafı naminə faydalanır və daim faydalanacaqdır.

Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində  yaşandığını bildirmiş, bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan,  ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən  uğurla  gerçəkləşdirildiyini  vurğulamışdır.

Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, onun  Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərini qeyd etmiş, irsinin daim yaşayacağını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında