Ulu öndər ehtiramla yad edildi Səbail

Səbail rayon ictimaiyyətinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə hərs olunmuş anım mərasimi keçirilmişdir. Salondakılar ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Səbail rayon ictimaiyyətinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə hərs olunmuş anım mərasimi keçirilmişdir. Salondakılar ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndərimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir.

Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi  yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ümummilli lider kimi onun adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin rəmzinə çevrilmişdir.

Natiq daha sonra bildirmişdir ki, “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bugünkü nəsil belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə minnətdardır. Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaqdır.

Sonra Ağalar Bayramov və Kəmalə Mehdiyevanın ifasında Heydər Əliyevə həsr olunmuş poetik parçalar, Aygün Bəylərin, Arzu Əliyevanın, Ramin Qasımovun, Təyyar Bayramovun  ifasında ulu öndərin ən çox sevdiyi mahnılar səslənmişdir.  Mərasim xalq artisti Ağadadaş Ağayevin ulu öndərə həsr olunmuş “Heydər — Xalq” mahnısı ilə başa çatmışdır.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında