Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının növbəti konfransı keçirilmişdir

Vəkillər Kollegiyası rəyasət heyətinin sədri Azər Tağıyev məlumat vermişdir ki, konfransa respublikadan 82 nümayəndə seçilmişdir və onlardan 81-i konfransda iştirak edir.

Vəkillər Kollegiyası rəyasət heyətinin sədri Azər Tağıyev məlumat vermişdir ki, konfransa respublikadan 82 nümayəndə seçilmişdir və onlardan 81-i konfransda iştirak edir.

Konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycan Hüquqşünasları Konfederasiyasının  və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. 

Azər Tağıyev konfransı açıq elan etmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir. 

Konfransda Vəkillər Kollegiyası rəyasət heyətinin sədri Azər Tağıyev qurumun 2004-2012-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuş, Vəkillər Kollegiyası rəyasət heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.

Konfransda təşkilati məsələyə baxılmış, Hesablama Komissiyasının üzvləri və sədri seçilmişdir.

Daha sonra Vəkillər Kollegiyası rəyasət heyəti sədrinin seçkisi keçirilmişdir. Azər Tağıyev yenidən yekdilliklə Vəkillər Kollegiyası rəyasət heyətinin sədri seçilmişdir.

Vəkillər Kollegiyası rəyasət heyətinin sədr müavinləri, üzvləri, intizam komissiyasının tərkibi müəyyən edilmiş, sədri seçilmişdir.

Hesablama komissiyasının nəticələrinə dair protokollar, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə və rəyasət heyətinin 2013-2017-ci illər üzrə büdcəsi təsdiq olunmuşdur.  

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında