Aktauda ümummilli lider Heydər Əliyevin anım gecəsi olmuşdur

Aktauda ümummilli lider Heydər Əliyevin anım gecəsi olmuşdur. AzərTAc xəbər verir ki, gecədə şəhərin rəhbərliyi, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, gənclər və Azərbaycanın Aktaudakı baş konsulluğunun əməkdaşları iştirak etmişlər.

 

Aktauda ümummilli lider Heydər Əliyevin anım gecəsi olmuşdur. AzərTAc xəbər verir ki, gecədə şəhərin rəhbərliyi, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, gənclər və Azərbaycanın Aktaudakı baş konsulluğunun əməkdaşları iştirak etmişlər.

Tədbirdə Azərbaycanın Aktau şəhərindəki konsulu Elxan Zeynalov demişdir: “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. O, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan iki il sonra və əslində ölkənin dağılmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda ikinci dəfə hakimiyyətə gəlmişdi. O zaman Azərbaycan ərazisinin artıq 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilmişdi. Məhz ölkənin bu ağır çağında xalq Heydər Əliyevi Azərbaycana dəvət etdi və o, tezliklə Prezident seçildi”.

Diplomat qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev Dağlıq Qarabağda hərbi əməliyyatları dayandıra bildi, 1994-cü ilin sentyabrında isə xarici şirkətlərlə “Əsrin kontraktı” imzalandı. Konsul demişdir: “Azərbaycana iri investisiyalar yatırıldı və əslində yeni dövlət quruldu. Bu gün Azərbaycan ümummilli liderin neft strategiyası sayəsində dünyada iqtisadi inkişaf sürətinə görə ön sırada gedir”.

Elxan Zeynalov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən Sovet İttifaqının inkişafına da çox böyük töhfə vermişdir. Konsul demişdir: “Onun tez-tez Qazaxıstana səfərlər etməsi, Nursultan Nazarbayevlə şəxsi münasibətləri iki qardaş dövlət arasında qarşılıqlı münasibətlərin əsasını qoymuşdur. İndi bu əməkdaşlıq Prezident İlham Əliyevlə Qazaxıstan  Prezidenti Nursultan Nazarbayev arasında uğurla davam etdirilir”.

Gecədə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında film göstərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında