Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüş olmuşdur

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüş olmuşdur

 

Dekabrın 7-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə toplantı keçirilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, İran, Çin, Ukrayna, Qazaxıstan, Gürcüstan, Pakistan, Çexiya, Belarus, Bolqarıstan, Slovakiya, Latviya, Niderland, Polşa, Avstriya, Finlandiya, Macarıstan, Zambiya dövlətlərinin hərbi attaşeləri əvvəlcə Bakıdakı N saylı hərbi hissədə  sülhməramlı taborun fəaliyyəti ilə bağlı keçirilən brifinqə iştirak etmişlər. Sonra sülhməramlı taborun şəxsi heyəti ilə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində hərbi diplomatlar sinif otaqlarına və mərkəzə aid başqa vasitələrə baxmışlar. Sonda Silahlı Qüvvələrin SNT mərkəzində  müzakirələr aparılmışdır. 

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov müdafiə naziri general-polkovnik Səfər Əbiyevin adından qonaqları salamlamışdır.

Sonra müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov regiondakı vəziyyət, beynəlxalq hərbi əməkdaşlıq məsələləri və Ermənistanın təcavüzkar siyasəti barədə qonaqları məlumatlandırmışdır. 

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin zabitləri Azərbaycan Ordusunda son illər baş verən yeniliklər və gələcək planlar barədə qonaqlar qarşısında məruzə etmişlər.

Sonda attaşeləri maraqlandıran suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında