Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları dənizdə bir sıra uğurlu xilasetmə əməliyyatları keçirmişlər

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçuları dənizdə bir sıra uğurlu xilasetmə əməliyyatları həyata keçirmişlər.

 

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçuları dənizdə bir sıra uğurlu xilasetmə əməliyyatları həyata keçirmişlər.

DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, dekabrın 2-də dənizə balıq tutmağa çıxmış üç nəfərin olduğu qayığın geri  qayıtmaması barədə axşam saatlarında alınmış məlumata əsasən təcili tədbirlər həyata keçirilmiş, mühərriki sıradan çıxmış qayığın yeri müəyyənləşdirilmişdir. Həyatları üçün təhlükə olan balıqçılar - Astara rayonunun Şahağacı kənd sakinləri Həsənov Rövşən Zahir  oğlu, Həsənov Xudaverdi İbrahim oğlu  və Süleymanov  Vüqar  Səfərəli  oğlu qayıqları ilə birlikdə sahilə çıxarılmışlar.

Dekabrın 3-də Amburan burnundan şimal  istiqamətdə sahildən 34 mil aralıda yanacağın tükənməsi səbəbindən dənizdə qalan balıqçı qayığındakı heyət üzvləri -Neftçala rayon sakinləri İsayev Taleh Tahir oğlu, İsayev Rahim Tahir oğlu  və Əhmədov Ziyəddin Əbdüləli oğlu xilas edilmiş, qayıq sahilə gətirilmişdir.

Qeyd olunmalıdır ki, son vaxtlar bu kimi halların sayı çoxalmışdır. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə DSX bildirir ki, dənizə təsərrüfat işləri ilə əlaqədar çıxan vətəndaşlar üzmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına, yanacaq ehtiyatına və sərfiyyatına, qayıq heyətinin fərdi xilasetmə vasitələrinin, rabitə avadanlığının  və digər zəruri texniki vasitələrin  mövcudluğuna xüsusi diqqət yetirməlidirlər.

Qanunvericiliyin tələblərinə əməl etməyən, öz təhlükəsizliklərinin təmin olunmasına müvafiq şərait yaratmayan  şəxslər  müvafiq qaydada hüquqi məsuliyyətə cəlb olunacaqlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında