Yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Ordubadın Parağa kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi tikilmişdir.

 

Ordubadın Parağa kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi tikilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.

Xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir.

Bildirilmişdir ki, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni xidmət mərkəzləri sakinlərin gündəlik tələbatının ödənilməsi ilə yanaşı, sahibkarlığın inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Xidmət mərkəzləri ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin sədri demişdir ki, kəndlərin sosial-iqtisadi və mədəni inkişafı ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas tərkib hissəsidir. Bu gün muxtar respublikamızda bütün yaşayış məntəqələrinin, eləcə də dağ və sərhəd kəndlərinin inkişafına, infrastrukturun yenilənməsinə xüsusi diqqət göstərilir. İstifadəyə verilən yeni sosial obyektlər, yaradılan şərait, ilk növbədə, insan amilinə verilən yüksək qiymətin ifadəsidir.

Sakinlər muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq və abadlıq işlərini ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, Parağa kəndində tikilən yeni sosial obyektlər sakinlərin böyük sevincinə səbəb olmaqla yanaşı, onların qurub-yaratmaq əzmini daha da artırır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında