Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür

Dekabrın 6-da Moldovanın paytaxtı Kişinyovda Avropa Şurasının Cənubi Qafqazda, Orta Asiyada və Moldovada medianın özünütənzimləmə şəbəkəsinin fəaliyyəti ilə bağlı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilmişdir.

Dekabrın 6-da Moldovanın paytaxtı Kişinyovda Avropa Şurasının Cənubi Qafqazda, Orta Asiyada və Moldovada medianın özünütənzimləmə şəbəkəsinin fəaliyyəti ilə bağlı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Avropa Şurasının ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışmışdır. İrəli sürülən təşəbbüslərin Azərbaycanda müstəqil, plüralist medianın inkişafına mühüm töhfə verdiyi bildirilmişdir.

Ərəstun Mehdiyev qeyd etmişdir ki, Azərbaycan dövlətinin jurnalistika ilə bağlı həyata keçirdiyi fəaliyyət kompleks səciyyə daşımaqla ümumən bu sahəyə daha fundamental yanaşmanı təmin edir. Prezident Administrasiyasının rəsmisi Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində mühüm işlərin görüldüyünü və bunun davamlı xarakter daşıyacağını diqqətə çatdırmışdır. Ərəstun Mehdiyev jurnalistlərin peşəkarlığının artırılmasında Avropa Şurası ilə birgə keçirilən tədbirlərin əhəmiyyətini də vurğulamışdır. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na əlavə və dəyişikliklərin edilməsinin jurnalistlərin şəxsi həyatın toxunulmazlığı ilə bağlı təsəvvürlərini bir qədər də dərinləşdirdiyini söyləmişdir. Ə.Amaşov “Ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransda müzakirə olunan məsələlərin jurnalistlərin peşə fəaliyyəti zamanı təcrübələrini artırmaq baxımından mühüm əhəmiyyət daşıdığını söyləmişdir.

Beynəlxalq konfrans çərçivəsində Prezident Administrasiyasının rəsmisi Ərəstun Mehdiyev Avropa Şurasının insan hüquqları üzrə baş direktorluğunun media məsələləri şöbəsinin rəhbəri İvan Nikolçev və qurumun digər vəzifəli şəxsləri ilə görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycanda medianın hazırkı durumu ətrafında fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilmişdir.

Avropa Şurasının medianın özünütənzimləmə şəbəkəsinin fəaliyyəti ilə bağlı layihəsi əsasında medianın özünütənzimləmə şəbəkəsi yaradılmışdır. Azərbaycan, Gürcüstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Ermənistanın müvafiq qurumları bu şəbəkəyə daxildir. Beynəlxalq konfransın iştirakçıları ötən müddətdə şəbəkənin fikir və təcrübə mübadiləsi baxımından səmərəli fəaliyyət göstərdiyini vurğulamışlar. Onlar əldə edilmiş nailiyyətlərin layihənin davamlılığı üçün kifayət qədər əsaslar yaratdığını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında