Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Dekabrın 6-da Ordubad rayonunun Parağa kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Surxay Hüseynov onlara göstərilən qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Dekabrın 6-da Ordubad rayonunun Parağa kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Surxay Hüseynov onlara göstərilən qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Parağa kəndinin muxtar respublikanın abad kəndləri sırasına daxil olması münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Parağa kəndində aparılan quruculuq işləri ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, həm də dövlətimizin insan amilinə, onların yüksək həyat standartları səviyyəsində yaşamasına göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə ucqar dağ və sərhəd kəndlərinin inkişafına xüsusi diqqət göstərilir, sakinlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Parağa kəndində həyata keçirilən kompleks quruculuq işləri də, ilk növbədə, əhalinin rahatlığına, kəndin sosial-iqtisadi inkişafına xidmət edir. Kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzlərinin tikintisi, müasir avtomobil yolunun çəkilişi, davamlı təbii qaz və elektrik enerjisi ilə təminat, yeni ATS-in qurulması, tibbi xidmətin təşkili dövlətimizin yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğının Parağa kəndinin timsalında daha bir nümunəsidir”.

Ali Məclisin sədri demişdir ki, dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğı təkcə aparılan quruculuq işləri ilə məhdudlaşmır. Fərdi təsərrüfatların genişləndirilməsi üçün əhaliyə güzəştli şərtlərlə kreditlər verilir, məhsul istehsalına və satışına lazımi dövlət dəstəyi göstərilir. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Parağa kəndində də bütün sosial problemlər öz həllini tapıb.

Muxtar respublikada kəndlərin inkişafına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirən Ali Məclisin sədri yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini bir daha təbrik etmiş, binanın rəmzi açılışını bildirən lenti kəsmişdir.

İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 56 yerlik zal yerləşir.

Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Parağa kəndində mühüm tədbirlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, bank xidməti təşkil olunmuşdur. Burada 384 nömrəlik elektron avtomat telefon stansiyası quraşdırılmış, mobil operatorların xidməti təmin edilmiş, 2500 metr fiberoptik rabitə xətti çəkilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətləri göstərməyə imkan verəcəkdir.

Kənd mərkəzində Parağa, Biləv və Behrud kəndlərini əhatə edən polis sahə məntəqəsinin fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Həmçinin kənd mərkəzində Tivi, Parağa kəndlərini və Parağaçay qəsəbəsini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otağı ayrılmış, dərman preparatları qoyulmuşdur.

Binanın birinci mərtəbəsində yerləşən feldşer məntəqəsi kənddə səhiyyə işinin nümunəvi təşkilində mühüm rol oynayacaqdır. Məntəqə üçün 4 iş otağı ayrılmış, dərman vasitələri və peyvənd çantaları qoyulmuşdur. Baxış zamanı qeyd olunmuşdur ki, kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətimizin insan sağlamlığına, səhiyyənin inkişafına verdiyi önəmin daha bir ifadəsidir.

Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında