Məhkəmə qərarlarının icrası işi diqqət mərkəzindədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılmış, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yeniləşmiş, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılmış, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yeniləşmiş, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Dekabrın 6-da Ədliyyə Nazirliyində icra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan icra işinin səmərəliliyinin artırılması, icradan yayınma hallarının qarşısının alınması, icra xidmətinin yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi üzrə tədbirləri qeyd etmiş, icra vəziyyətinə dair hər altı aydan bir dövlətimizin başçısına hesabatın təqdim olunmasını vurğulamışdır.

Həmçinin mürəkkəb işlərin mütəşəkkil və vaxtında icra olunması məqsədi ilə nazirlikdə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilmiş, icra məmurlarının polis əməkdaşları ilə əlaqəli fəaliyyətinin gücləndirilməsi üzrə birgə əmr verilmiş, habelə əhəmiyyətli struktur dəyişiklikləri aparılaraq Sumqayıt, Gəncə, Şirvan və Şəkidə geniş səlahiyyətlərə malik vahid icra qurumları yaradılmışdır.

İclasda bildirilmişdir ki, görülən tədbirlər icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb olmuş, təkcə 2012-ci ilin 9 ayı ərzində 114 mindən çox işin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 70 milyon manat vəsait ödətdirilmiş, icradan yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 2400-ə yaxın borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmış, 170-dən çox şəxs barəsində cinayət işi başlanmışdır.

Bununla belə aparılmış yoxlamalar, vətəndaşlardan daxil olan, o cümlədən nazirliyin və Baş Prokurorluğun “qaynar xətlərinə” edilən müraciətlərin araşdırılması nəticəsində ciddi nöqsanlar aşkar olunmuşdur.

İclasda bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilmiş, bir sıra yerli qurumlarda icra tədbirlərinin vaxtında həyata keçirilməməsi, icra ödənişlərinin alınmasında nöqsanlar və digər çatışmazlıqlar vurğulanmışdır.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilmiş, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilmişdir.

Kollegiyanın yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə icra xidmətinin bir sıra əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 10-dək işçi tutduğu vəzifədən azad olunmuş və ya ədliyyə orqanlarından xaric edilmiş, fəaliyyətin təkmilləşdirilməsi üzrə konkret tapşırıqlar verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında