Vaşinqtonda Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilmişdir

Dekabrın 5-də Vaşinqtonun tanınmış “beyin mərkəzləri”ndən olan Ceymstaun Fondunda bu qurumun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və ölkəmizin ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.

Dekabrın 5-də Vaşinqtonun tanınmış “beyin mərkəzləri”ndən olan Ceymstaun Fondunda bu qurumun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və ölkəmizin ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.

DQİDK-dən AzərTAc-a bildirmişlər ki, tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətlərini, tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelini ABŞ-ın siyasi və akademik dairələrinə təqdim etmək olmuşdur.

Tədbiri açan Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor mövzunun əhəmiyyətindən danışmışdır. Azərbaycanın ABŞ-ın mühüm strateji tərəfdaşı olduğunu bildirən natiq ölkəmizin təkcə enerji və təhlükəsizlik məsələləri baxımından deyil, dinlərarası münasibətlərin modeli kimi də ABŞ, ümumilikdə Qərb ölkələri üçün əhəmiyyətini vurğulamışdır.

“Dəyirmi masa”da əsas məruzəçisi qismində çıxış edən Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə tədbir iştirakçılarına məlumat vermiş, bu kontekstdə Qafqaz Albaniyasının dini-mədəni irsindən danışmışdır. Natiq qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dostluq şəraitində yaşadığını, onların nadir Azərbaycan mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini vurğulamışdır. 

Azərbaycan Prezidenti İlham Əliyevin “Multikulturalizm Azərbaycan milli kimliyinin tərkib hissəsidir” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdıran komitə sədri ölkəmizdə konfessiyalararası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirmişdir. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoq platformasına çevrildiyini bildirmişdir.

Dövlət Komitəsinin sədri, həmçinin müasir dövrdə Azərbaycan dövlətinin tarixi ənənələri qoruyub saxlamaq istiqamətində gördüyü işlərə toxunmuş və bu sahədə mövcud təhdidlərin qarşısının uğurla alındığını qeyd etmişdir. Ölkəmizdəki dinlərarası dialoq modelinin dünya üçün nümunəyə çevrildiyini vurğulayan E.İsgəndərov Azərbaycan modelinin beynəlxalq səviyyədə təbliği məqsədi ilə bu sahədə bir çox xarici mütəxəssislər tərəfindən təklif olunan dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılmasının vacibliyini vurğulamışdır.

Sonra E.İsgəndərov iştirakçıların suallarını cavablandırmışdır.

Digər çıxışlarda mövzunun aktuallığı və verilən məlumatların dolğunluğu baxımından tədbirin əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Natiqlər, həmçinin Azərbaycanın tolerantlıq modelinin uğurunun daha geniş təbliği və tədqiqi məqsədi ilə iki ölkənin ictimaiyyəti və müvafiq dövlət qurumları arasında əməkdaşlığın vacibliyini xüsusi vurğulamışlar.

“Dəyirmi masa”da Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ABŞ-ın dövlət və elmi dairələrinin, eləcə də KİV-lərin təmsilçiləri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında