İndoneziyada keçirilən “İnkişafda qadının rolu” mövzusunda dördüncü Nazirlər Konfransı başa çatmışdır

Dekabrın 6-da İndoneziyanın Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən “İnkişafda qadının rolu” mövzusunda dördüncü Nazirlər Konfransı başa çatmışdır.

Dekabrın 6-da İndoneziyanın Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən  “İnkişafda qadının rolu” mövzusunda dördüncü Nazirlər Konfransı başa çatmışdır.

Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri  Hicran Hüseynova konfransda iştirak etmişdir.

Komitədən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində  AQUPDK-nın sədri H.Hüseynova Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Aşkın Asan, Kuveytin Qadın məsələləri üzrə Dövlət Komitəsinin  rəhbəri Hissaah Saad Al Abdullah, Qazaxıstan Prezidenti Yanında Qadın məsələləri üzrə Komissiyanın  katibi C.N. Abdukalimov, Birləşmiş Ərəb Əmirliklərindən nazir Maittha Salem Al Shami, Əfqanıstanın qadın məsələləri üzrə naziri Hussun Banu Gazanfarla, həmçinin İran İslam Respublikasının Qadın və Ailə Məsələləri Mərkəzinin rəhbəri ilə görüşlər keçirmişdir.

Hicran Hüseynova  İndoneziyanın müvafiq orqanının naziri ilə görüşündə imzalanması nəzərdə tutulan anlaşma  memorandumu ilə bağlı müzakirələr aparmışdır. Cakarta deklarasiyası qəbul edilən zaman komitə sədri  Azərbaycan da daxil olmaqla münaqişədə olan ölkələrdə qadınların hüquqlarının tapdalanmasını qeyd etmişdir.

Konfransın sonunda növbəti “İnkişafda qadının rolu” mövzusunda 5-ci Nazirlər Konfransının 2014-cu ildə Bakıda keçirilməsi qərara alınmışdır.

AQUPDK-nın sədri H.Hüseynova İndoneziya televiziyası ilə çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında