Azərbaycan ilə Qətərin milli xəbər agentlikləri təcrübə mübadiləsi aparacaqlar

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Qətər Xəbər Agentliyi (QNA) ikitərəfli əməkdaşlığı daha da genişləndirəcəklər.

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Qətər Xəbər Agentliyi (QNA) ikitərəfli əməkdaşlığı daha da genişləndirəcəklər.

İki agentlik arasında əlaqələrin  inkişafı məsələsi AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə QNA-nın baş direktoru Əhməd Səad Abdulaziz əl-Buayneyn arasında Qətərin paytaxtı Dohada keçirilən görüşdə müzakirə olunmuşdur.

Münasibətlərin inkişafından razılığını bildirən A.Aslanov bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir. AzərTAc-ın QNA agentliyi ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor hər iki agentlik arasında informasiya, jurnalist və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Agentliklər arasında sıx əməkdaşlığın vacibliyi fikrini dəstəklədiyini deyən Əhməd Səad Abdulaziz əl-Buayneyn QNA-nın AzərTAc ilə əlaqələrə böyük önəm verdiyini bildirmişdir. O, QNA-da həyata keçirilən innovativ islahatlardan danışmış, yeni media layihələri barədə məlumat vermişdir. 

Görüşdə tərəflər 2011-ci il noyabrın 29-da əməkdaşlıq haqqında Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulamış, təcrübə mübadiləsinin tezliklə həyata keçirilməsi barədə razılığa gəlmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında