AzərTAc ilə İTAR-TASS arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir

Azərbaycanın aparıcı informasiya agentliyi - AzərTAc və Rusiya mediasının flaqmanı İTAR-TASS arasında yaranmış həqiqi dostluq və qardaşlıq münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Azərbaycanın aparıcı informasiya agentliyi - AzərTAc və Rusiya mediasının flaqmanı İTAR-TASS arasında yaranmış həqiqi dostluq və qardaşlıq münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Dekabrın 4-də AzərTAc-da İTAR-TASS informasiya agentliyinin Marketinq və satış xidməti departamenti rəhbərinin birinci müavini Marianna Çeremisina və Beynəlxalq və ictimai əlaqələr xidmətinin xüsusi layihələr şöbəsinin rəisi Mixail Kopılovla görüşün leytmotivi belə olmuşdur.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov rəhbərlik etdiyi informasiya agentliyinin yaranması və təşəkkülü tarixi, agentliyin keçdiyi şərəfli yol, bugünkü reallıqlar, zamanın və qloballaşma proseslərinin tələblərindən irəli gələn çağırışlar barədə moskvalı qonaqlara ətraflı məlumat vermiş, Azərbaycanın, o cümlədən AzərTAc-ın bugünkü uğurlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu barədə söhbət açmışdır. Aslan Aslanov AzərTAc-ın Moskvada təhsil alan əməkdaşlarının İTAR-TASS-ın bazasında təcrübə keçməsinin təşkil olunması təşəbbüsünü də irəli sürmüşdür.

Moskvalı qonaqlar səmimi qəbul üçün təşəkkür etmiş, Azərbaycanın qazandığı uğurları öz gözləri ilə gördüklərini, paytaxtımıza heyran olduqlarını və ilk baxışdan Bakıya vurulduqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında