Azərbaycan Belqrad şəhərindəki Ana və Uşaq Evinə humanitar yardım göstərmişdir

Noyabrın 30-da Azərbaycan hökumətinin tapşırığı ilə Azərbaycanın Serbiyadakı səfirliyi Belqrad şəhərindəki Ana və Uşaq Evinə humanitar yardım göstərmişdir.

Noyabrın 30-da Azərbaycan hökumətinin tapşırığı ilə Azərbaycanın Serbiyadakı səfirliyi Belqrad şəhərindəki Ana və Uşaq Evinə humanitar yardım göstərmişdir.

Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, bu tədbir Ana və Uşaq Evinə Azərbaycan tərəfindən göstərilən ilk humanitar yardım aksiyası deyildir. Azərbaycan səfirliyi Ana və Uşaq Evini daim diqqət mərkəzində saxlayır. Son yardım isə uşaq mebel dəstləri, hədiyyələr, oyuncaqlar və s. olmuşdur.

Tədbirdə Ana və Uşaq Evinin əməkdaşları, Belqrad Meriyasının və Serbiya ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov başda olmaqla səfirliyin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan Ticari-İqtisadi Palatasının üzvləri və Serbiyadakı Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında