Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Rusiyada tikilən yeni üzən dokun birinci blokunun suya salınma mərasimi keçirilmişdir

Noyabrın 30-da Rusiyanın Nijni-Novqorod vilayətindəki Qorodets şəhərində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən yeni üzən dokun birinci blokunun suya salınması ilə bağlı mərasim keçirilmişdir.

Noyabrın 30-da Rusiyanın Nijni-Novqorod vilayətindəki Qorodets şəhərində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən yeni üzən dokun birinci blokunun suya salınması ilə bağlı mərasim keçirilmişdir.

Nijni-Novqorod vilayəti və Qorodets şəhər rəhbərliyinin, yerli ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi mərasimdə Xəzər Dəniz Gəmiçiliyinin mətbuat və informasiya şöbəsinin rəisi-gəmiçilik rəisinin köməkçisi Vüqar Sadıqov, texniki şöbənin rəisi Siyasət Əliyev, təlimatçı-elektromexanik Gennadi Drobotov təmsil etmişlər.

Podratçı təşkilat olan Gəmi Təmiri və Gəmiqayırma Korporasiyasının baş direktoru Vladimir Akimov mərasimdə çıxış edərək, ötən il dekabrın 25-də təməli qoyulmuş üzən dokun 6 blokunun üzərində iş getdiyini, birinci blokun isə suya salınmağa tam hazır olduğunu bildirmişdir. O, son 20 ildə Rusiyada bu ölçüdə üzən dokun tikilmədiyini, zavod kollektivinin müqavilə öhdəliklərinə vaxtında əməl etmək əzmində olduğunu vurğulamışdır.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun salamlarını çatdıran V.Sadıqov respublikamızın iqtisadi inkişafı, o cümlədən dəniz nəqliyyatına göstərilən dövlət qayğısı, ildən-ilə təzələnən nəqliyyat donanması, bu sahədə həyata keçirilən iri layihələr barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, Gəmiçilik donanması son doqquz ildə dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən 10 tanker, 6 bərə və 1 quru yük gəmisi ilə zənginləşmiş, bunun nəticəsində Azərbaycan dənizçiləri Xəzərdə aparıcı mövqelərini qoruyub saxlamışlar.

Çıxışlarda Avropada hökm sürən qlobal maliyyə-iqtisadi böhran şəraitində məhz Qorodets şəhərinə sifariş verən Azərbaycan dövlətinə minnətdarlıq edilmiş, bu sifarişin iş yerlərinin qorunub saxlanması, inşaat prosesində yeni texnologiyaların tətbiqi baxımından gəmi inşaatçıları üçün əvəzsiz olduğu vurğulanmışdır.

Daha sonra yeni üzən dokun birinci bloku Rusiya və Azərbaycanın dövlət himnlərinin sədaları altında suya buraxılmışdır.

Yükqaldırma qabiliyyəti

8 min ton, uzunluğu 158, eni 37, bortunun hündürlüyü 13 metr nəzərdə tutulan üzən dok 6 blokdan ibarət olacaqdır. Bu bloklar yedəkdə Bakıya aparıldıqdan sonra gəmiçiliyin inşa etdiyi yeni Gəmi təmiri zavodunun akvatoriyasında birləşdirilərək Xəzər hövzəsində ən iri üzən dok yığılacaq, nəticədə nəqliyyat donanması gəmilərinin təmir edilməsində əhəmiyyətli addım atılacaqdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında