rn Nur olan yerdə zülmətə yer yoxdur
rn
rn Qədim Sparta hökmdarı Aqesilyadan soruşanda ki, insan üçün nə üstündür – ədalət, yoxsa cəsarət, o, ədalət olan yerdə cəsarətə nə ehtiyac, – deyə cavab verir.Doğrusu, bu yerlərdə nə bir doğmam, nə də bir qohumum yaşayır. Amma bu ulu məkanın ab-havası, insanlarının xasiyyəti eynən doğulduğum, indi tifağı dağılmış, üzünə həsrət qaldığım İrəvan və irəvanlıları xatırlatdığından sövqi-təbii olaraq bu peyğəmbər şəhərinə (deyilənlərə görə, Nuh peyğəmbərin son mənzili buradadır) gəlməklə ürəyimin qübarını söndürür və vətənsizlik acısını ovutmağa çalışıram.
rn
rn Buradan Vedibasara, Uluxanlıya, Dərələyəzə, lap elə tarixi dağlarında donub qalmış Göyçəyə at belində dayana biləcək kişi üçün bir addımlıq yoldur. Amma nə yazıq ki, indilikdə yalnız uzaqdan baxa bildiyim ulular diyarı Göyçəyə, ədəb-ərkan məkanı, igidləri ilə seçilib-sayılan Vedibasara, barlı-bərəkətli Uluxanlıya dirənə biləcək ayaq, çiçəklərini qopara biləcək əl, suyunu içəcək aslan ağzı yoxdur. Bu ağrılı düşüncələr içərisində xəyalımı alıb aparan sübh yeli tezliklə oralara dönəcəyimizi müjdələyir mənə. Bəli, bu belə də olacaq... Çünki müasir dünyanın xəritəsində kiçicik yer tutsa da, Azərbaycanımızın adı indi iltifat və hörmətlə çəkilir. Axı, ölkəmizin başında onu irəliyə və həm də yalnız xoşbəxt gələcəyə aparan rəhbəri, qətiyyətli, inadcıl, məqsədyönlü Prezidenti vardır. ...Təyyarənin yerə dəyən təkərləri artıq Naxçıvana yetdiyimizin ilk xəbərçisi olur. Payızın son nəfəsini yaşayan Naxçıvanda günəş öz isti nəfəsi ilə qarşılayır qonaqlarını. Təyyarə qapısındaca sinə dolusu hava alıb, aşağı enirəm. Sonra nizamla sıralanmış taksilərdən birinə yaxınlaşıb, gedəcəyim ünvanı, oteli bildirirəm. Yol boyu ünsiyyət olsun deyə, mehriban və alicənab görkəmli bu sürücü qardaşdan elə-belə, dilucu şəhərdə nə var, nə yox, – deyə soruşuram.
rn
rn Qardaş da, maşallah, bilgili qardaşdır. Şəhərdəki yeniliklərdən, kəndlərdəki təsərrüfat işlərindən elə danışır ki, hər hansı jurnalistə ətraflı bir məqalə yazması üçün daha statistika idarəsinin hazırladığı hesabat məlumatına ehtiyac qalmır. Bir o qədər də uzun olmayan yoldakı isti söhbətimizdə ən çox ləzzət aldığım söz isə, həmsöhbətimin yeniliklərdən danışdıqca tez-tez “maşallah” sözünü işlətməsi idi. Qardaş elə bil qorxurdu ki, birdən gözüm dəyər bu uğurlara. Gözü götürməyənlər hər yerdə olduğu kimi, yəqin ki, burada da yox deyildir. Fikrimdə yanılmamışdım, qardaşa, nə yaman “maşallah” deyirsən, vallah, gözə gətirmərəm, əksinə, uğurlarınıza ən çox sevinənlərdənəm, – dedim.
rn
rn Sürücünün, qardaş, and olsun Allaha, başım çıxmır bəzi-bəzi adamlardan, nə istəyirlər, bilmirəm. Şəhərimiz, lap elə kəndlərimiz göz görəsi günbəgün dəyişir, gözəlləşir, insanların ger-geyiminə bir bax, mərkəzdəkindən yaxşıdır. Olsun elə dolanışığımız. Ə, illər öncə beləydi? Şəhərimizə yağış, qar yağanda bayır-bacaya çıxmaq olmurdu palçıq əlindən. İndi odur ey bax, hər yer gül-çiçək, yollar güzgü kimi, geniş, rahat, hamı da can deyib, can eşidir. Heç kim heç kimdən artıq deyil. Kimin hünəri nədi, qoluzorluluğuna salsın. Sədrin (Ali Məclisin sədri Vasif Talıbovu nəzərdə tutur) dövlət qanunlarına söykənən nəzarəti bizim Naxçıvanı indi az qala, bütün dünyaya tanıtdırıb. İnsanların güzərarının yaxşılaşması üçün əlindən gələni əsirgəmir.
rn
rn Həmsöhbətimin danışığından o nəticəyə gəlirəm ki, burada hər bir rəhbər tutduğu vəzifədən asılı olmayaraq xalqın yaxşı yaşaması üçün məsuliyyət daşıyır. Vəzifə və insanlıq borcu unudulmur. Bu öhdəliyi ödəməyənə etimad göstərilməz. Ona görə də Naxçıvanın hər yerində həmrəyliyin şahidi olursan: qurub-yaratmaq bu bir elə də böyük olmayan diyarda həyati devizə çevrilmişdir.
rn
rn ... İstiqanlı və xeyirxah olmaq hər kəsə müyəssər olmayan ən ali insani dəyərlərdəndir. Bu dəyərlərə malik olanlar xoşbəxt, xalilərsə doğrudan da bədbəxtdirlər. Bu sözləri dəfələrlə eşitsəm də, lap təsadüfən kənd içində rast olduğum bir pirani qocadan yenidən eşitməyim könlümü yenidən rahatlatdı. Şirin ləhcəylə, a bala, deyəsən gəlməsən,– eləmi? Bəli, deyib dayandım və bu lütfkar qocanın ocağında bir stəkan çay içmək təklifindən də boyun qaçırmadım.
rn
rn Naxçıvana gəlişimin məqsədi ilə maraqlanan ev sahibinə, niyyətimin böyük şəhərdə qəribsədiyimi bildirib, buradakı ab-havadan rahatlanmaq üçün gəldiyimi söylədim. Bundan sonrakı gəlişlərində, bala, düşəcəyin yer bizim evimiz olar sənin üçün. Şükür Allaha, dolanışığımız da, yatacağımız da on sənin kimi qonağa yetər. Dərdimiz bir bu zəhirmara qalmış erməni xəyanətidir ki, o da inşallah Prezidentimizin sayəsində tezliklə başa çatar. Bu ixtiyarın cani-dildən söylədiyi hər sözü hafizəmə hopdurmaq üçün kirimişcə ona qulaq kəsilmişdim. Heç bir sorğu-suala ehtiyac yox idi. O, hər şey haqqında danışır, doğrunun imandan olduğunu, iftiranın şeytana məxsusluğunu, sadə el dilində mənə çatdırırdı. Ali təhsilli bu nurani kişi danışa-danışa gəlib çıxdı, onun dili ilə desək qədirbilməzlərə. Neçə deyərlər, qara yaxanların qara əməllərindən xəbərdar olan həmsöhbətim, onu da dedi ki, nə qədər danışırlar, qoy danışsınlar, amma unutmasınlar ki, elələrinə çörəyimiz haramdır. Axı, mən bu sədrin kökünü, əslini, nəslini tanıyıram. Onun istədiyi əhalimizin daha da yaxşı yaşaması, korluq çəkməmələri üçündür. Bir gün də olsun kabinetində oturub qalmaz, rayon-rayon gəzmədən, verdiyi göstərişlərin necə yerinə yetirildiyini öyrənib bilmədən evinə dönməz. Camaatla rəftarı, ünsiyyəti, dərdə şərikliyi onun nəcabətindən qaynaqlanır. Rəhmətlik Yusif kişinin evində halallıq hər şeydən uca durardı. Elə ona görə də Tanrı onların övladlarına da hər zaman mərhəmətlidir.Bütün bu deyilənləri eşitdikcə, doğrusu, ara-sıra qara mətbuatda rastlaşdığım qaragüruh, vay-şüvəninin və bir də sürücü qardaşın “maşallah” deyiminin səbəbini anlamağa başladım.Burada – Naxçıvanda elmə, təhsilə ayrıca bir baxış var. İndi Naxçıvandakı ali təhsil müəssisələri, orta məktəblər, uşaq bağçalarına məxsus tikililər göz oxşayır. O cür binalarda yaxşı oxumayanı ətraf elə qınayır ki, onun özündə dönüş etməkdən savayı əlacı qalmır. Necə deyərlər, burada bir ictimai nəzarət, xalq tələbatı var. Vətənə ağıllı, savadlı, etibarlı vətəndaş lazımdır.Aydınlığın içində qaraya yer olmadığı kimi, Naxçıvanda da darğalıq niyyətində olanlara qarşı barışmazlıq mühiti yaranıb. Axı həmişə haqq-ədalət uğrunda mübarizələrdə bişmiş bu insanlar ağı qaradan, pisi yaxşıdan ayırıb seçməyi bacarırlar.Yalan, hədyan danışanların ağzını yummağa qadir ağsaqqal əlləri Naxçıvanda hələ də on illərdən bəri hifz olunub qorunan layiqli ənənələrə sədaqət nümunəsidir. Doğrudan da doğruya zaval, həqiqətə isə and lazım deyil. Odur ki, sadəcə, eləcə el dilində deyirəm ki, eşq olsun Naxçıvana.
Mübariz SƏFƏROV,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.