Sədərəkdə uşaq bağçası müasir binada fəaliyyət göstərəcəkdir

Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində aparılan quruculuq-abadlıq işləri çərçivəsində uşaq bağçası üçün yeni bina inşa edilmişdir.

Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində aparılan quruculuq-abadlıq işləri çərçivəsində uşaq bağçası üçün yeni bina inşa edilmişdir.

Noyabrın 30-da bina istifadəyə verilmişdir. Bu münasibətlə təşkil olunmuş yığıncaqda çıxış edən valideyn Nazəndə Vəliyeva yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Bu gün ölkəmizdə uşaqların sağlamlığı və intellektual inkişafı diqqət mərkəzində saxlanılır, onların hərtərəfli və sağlam böyüməsinə xüsusi diqqət göstərilir. İstifadəyə verilən yeni məktəb binaları, məktəbdənkənar tərbiyə müəssisələri və uşaq bağçaları məhz gələcəyimiz olan uşaqların ölkəmizin qurucuları kimi yetişməsinə xidmət edir. Sədərək kənd uşaq bağçasında da uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılmışdır”.Ali Məclisin sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamışdır. Bina müasir memarlıq üslubunda inşa olunmuşdur. Bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 8 müəllim-tərbiyəçi məşğul olur. Uşaq bağçasında lazımi şərait yaradılmış, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar, mətbəx, geniş və işıqlı oyun zalları istifadəyə verilmişdir.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında