Naxçıvanda sosial müdafiəyə ehtiyacı olan Qaraağac kənd sakini üçün fərdi ev tikilmişdir

Naxçıvanda sosial müdafiəyə ehtiyacı olan insanların fərdi evlərlə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Naxçıvanda sosial müdafiəyə ehtiyacı olan insanların fərdi evlərlə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Bu il Sədərək rayonunun Qaraağac kəndində hərbi xidmət zamanı sağlamlığını itirmiş ikinci qrup əlil Yavər İsmayılovun ailəsi üçün fərdi yaşayış evi inşa edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vətən qarşısında göstərdiyi xidmətə görə Yavər İsmayılova təşəkkür etmiş, ona yeni evin orderini təqdim etmişdir. V.Talıbov ona və ailə üzvlərinə yeni mənzildə xoş günlər və firavan həyat arzulamışdır.

Yavər İsmayılov yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

Lazımi kommunal şərait yaradılmış üç otaqdan və mətbəxdən ibarət yeni ev mebel dəstləri və digər məişət avadanlığı ilə təmin olunmuşdur. Evin həyəti abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında