"Kapital Bank"ın yay kampaniyasına start verildi

"Kapital Bank" "Xəzər Travel" şirkəti ilə birgə və Turizm Agentlikləri Assosiyasiyasının dəstəyi ilə yeni yay kampaniyasına start vermişdir. Yay kampaniyası çərçivəsində Türkiyənin istənilən istirahət zonasına səyahət üçün 20%, Yunanıstanın Krit adasına 5% və digər ölkələrə güzəştlə getmək mümkündür. Bu şərtlər yalnız "Kapital Bank"ın cari və yeni VİSA Elektron, Visa Classik, Visa Gold, Visa Platinum və Visa İnfinity kartlarının sahiblərinə aiddir. Üstəlik, səyahət zamanı pulsuz tibbi sığorta da verilir.
Kampaniyanın keçirildiyi müddət ərzində "Kapital Bank"dan Visa kartını sifariş edənlərə 50%-lik endirim verilir. Visa kartı ilə ən çox əməliyyat aparmış 11 müştəri müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Şərt belədir: hər bir əməliyyatın minimum məbləği: 20 AZN/Euro/USD olmalıdır. Mükafatlar isə qaliblər arasında belə bölünəcək: Super priz -1 nəfər üçün 2000 AZN dəyərində olan "ikinəfərlik səyahət vauçeri". 2-ci mükafat - 1 nəfər qalibin kartına 1500 dollar məbləğ köçürüləcək, 3-cü mükafat - 1 nəfər qalibin kartına 1000 dollar, 4-cü mükafat - 3 nəfər qalibin kartına 800 dollar, 5-ci mükafat - 5 nəfər qalibin kartına 500 dollar köçürüləcək.
Göstərilən məbləğlərdən müvafiq vergi tutulacaq. Kampaniya iştirakçıları SMS Banking xidmətinə pulsuz qoşulmaq imkanı qazanacaqlar. Bankın yay kampaniyası 2010-cu il iyunun 15-dən sentyabrın 30-na kimi keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında