Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 20 illiyi qeyd ediləcəkdir

Dekabrın 4-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaradılmasının 20 illiyi ilə bağlı tədbir keçiriləcəkdir. BAMF-ın sədri Umud Rəhimoğlu bildirmişdir ki, qurumun yubiley tədbiri ilə bağlı əsas hazırlıq işləri artıq yekunlaşmışdır. 
U.Rəhimoğlu qeyd etmişdir ki, yubiley tədbirində xarici ölkələrdən müxtəlif səviyyəli qonaqlarla yanaşı, beynəlxalq təşkilatların, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər və başqaları iştirak edəcəklər. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin rəhbəri Andrey Abramov da yubiley tədbirinə qatılacaqdır.
U.Rəhimoğlu bildirmişdir ki, fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycan həqiqətlərinin mötəbər tribunalardan dünya ictimaiyyətinə çatdırılması BAMF-ın əsas məqsədlərindən biri olmuşdur. Media və vətəndaş cəmiyyətinin inkişafı, böhran hallarının idarə olunması, məcburi köçkünlərin problemləri, sülhməramlı aksiyalar, konfliktologiya istiqamətlərində fəaliyyət göstərən BAMF 2007-ci ildən Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilmişdir.
BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılmışdır. BAMF BMT-nin qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. ECOSOC-un QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamentinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında