Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

2012-ci il noyabrın 12-də Qazax rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində noyabrın 30-da Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunmuşdur. 
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, vətəndaş T.Alıyev azad olunduqdan sonra aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaxın qohumlarına təhvil verilmişdir. Onun sağlamlıq durumu normaldır.
Prosesdə Dövlət Komissiyası işçi qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları iştirak etmişlər.
Girovun təhvil verilməsi insidentsiz başa çatsa da, erməni tərəfi əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə tədbir barədə açıqlama vermiş və proses günü jurnalistlərin iştirakına şərait yaratmış, görüş yerinə silahlı hərbçilərlə gəlmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Komissiyası yerindəcə iradını bildirmiş və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistanın Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılmışdır.
BQXK də öz növbəsində Ermənistan Respublikasının Dövlət Komissiyasını bu addımdan çəkindirməyə səy göstərmiş, lakin buna müvəffəq ola bilməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında