Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2012-ci il 23 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır. 
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 498-ci maddəsi şəxsin verilməsi (ekstradisiya) üzrə hüquqi yardımla bağlı cinayət təqibinin hüdudlarını müəyyən edir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 502.1-ci və 503.3-cü maddələrinə uyğun olaraq sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində, habelə göndərilmiş cinayət işi üzrə cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Bu halda Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli orqanının cinayət işi ilə bağlı hüquqi mövqeyindən asılı deyildir.
Bu qərarda əks olunan hüquqi mövqelər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən nəzərə alınmalı və hüquqtətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında