Gələn il İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi planlaşdırılır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşmüşdür.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, Əli Abbasov Azərbaycan ilə İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açmış, gələcəkdə də bu əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırmışdır.
M.Pakayin ölkələrimiz arasında yaradılan əməkdaşlıqda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsini yeni fürsət kimi dəyərləndirmişdir.
Bu yaxınlarda Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Toplantısını xatırladan səfir beynəlxalq tədbirdə Azərbaycan tərəfinin iştirakını, keçirilən bir sıra görüşlərdə faydalı nəticələrin əldə olunduğunu qeyd etmişdir.
Azərbaycanda keçirilən "Bakutel" sərgi-konfransı ilə bağlı fikirlərini bölüşən M.Pakayin növbəti illərdə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə İran şirkətlərinin də dəvət olunmasını təklif etmişdir.
Nazir Əli Abbasov İKT-nin müxtəlif istiqamətləri, o cümlədən sərhəd bölgələrində mobil xidmətlərin düzgün tezliklərdə işlənməsi və s. sahələrdə səylərin artırılmasının, iqtisadi səmərəliliyin gücləndirilməsinin vacibliyini bildirmişdir. Dünyanın bir sıra aparıcı ölkələri ilə informasiya texnologiyaları sahəsi üzrə forumların təşkil edildiyini deyən nazir növbəti ildə İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
Nazir, həmçinin İrandan Azərbaycana daxil olan mobil telefon şəbəkəsindəki problemlərlə əlaqədar İran tərəfinin xahişi nəzərə alınmaqla yeni tarif siyasətinin həyata keçirilməsi üçün ölkəmiz tərəfindən təkliflər paketinin hazırlandığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında