Azərbaycan boksçuları Ermənistanda dünya çempionatında

Azərbaycan boksçuları Ermənistanda dünya çempionatında
Dünən İrəvanda gənclər arasında boks üzrə dünya çempionatına start verilmişdir. Dekabrın 8-dək davam edəcək bu yarışın medalları uğrunda 60-a qədər ölkənin 600-dən çox idmançısı mübarizə aparır. Azərbaycan çempionatda yeddi boksçu ilə təmsil olunur.
Komandamızın baş məşqçisi Şamil Alimzanov heyətə Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq) və Rahil Məmmədlini (91 kq) daxil etmişdir.
Qarşıda gənc həmvətənlərimizi çox məsul sınaq gözləyir. Bunu yaxşı başa düşən komandanın bütün üzvləri çempionatda inamla mübarizə aparıb çıxışlarını fəxri kürsüdə başa vurmaq üçün təlim- məşq toplanışlarında qüvvə və bacarıqlarını əsirgəməmişlər. Yeddi cəsur döyüşçümüzün hər biri çempionatda rəqiblərinə öz üstünlüyünü sübuta yetirmək əzmindədir. Onların bu məqsəd uğrunda fədakarlıqla mübarizə aparacağı heç kimdə şübhə doğurmur.
Bu gün biz boksçularımızın dünya çempionatında çıxışlarını həyəcanla gözləyərkən onların özləri kimi gənc cüdoçu həmvətənlərinin üç il əvvəl elə həmin Ermənistanda keçirilmiş Avropa çempionatından necə böyük zəfərlə qayıtdıqlarını yaxşı xatırlayırıq. Onda qitə birinciliyində tatami üzərinə çıxan beş idmançımızın beşi də medal qazanıb fəxri kürsüdə təbrikləri qəbul etdi, qələbələri şərəfinə beş dəfə milli bayrağımız yüksəyə ucaldıldı. Yarışn sonuncu günü isə 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu oldu və komandamız Ermənistanı Azərbaycanın dövlət himninin əzəmətli sədaları altında tərk etdi. Həmin çempionatda ölkəmizi sevindirən digər dörd cudoçu gümüş mükafatçı İlqar Muşkiyev (55 kq), bürünc medalların sahibləri Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) oldular.
İndi isə Ermənistanda dünya çempionatında medal qazanmaq növbəsi boksçularımızındır. Onlara uğurlar arzulayaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında