İlin son ayı və...

Həyatımızda köklü dəyişiklik yaradan iri uduşlar
Tarixə çevrilməkdə olan 2012-ci ilin son ayına qədəm qoyuruq. Artıq yeni il qayğıları bizi öz ağuşuna almaqdadır. Cari ayda, bütün lotereyalarda hər birimizin həyatında köklü dəyişiklik yaratmaq iqtidarında olan uduşlar oynanılır. Gəlin birlikdə baxaq: "Binqo", "Klassik loto" və "Uğur" kimi oyunlarda əsas uduşlar müvafiq olaraq 144 000, 144 000 və 97 000 manat təşkil edirlər. "5/36" və "6/40" tipli oyunlarda "Cek Pot"lar müvafiq olaraq 46 000 və 97 000 manatadək yüksəliblər və günbəgün artmaqda davam edirlər.
"Avto Sürpriz" və "Sprint" ani lotereyalarında "Toyota Prado", Kia "Rio", 30 000 manat kimi sanballı uduşlar hər an, hər saniyə bizi gözləməkdədir. Nəhayət, üç yeni layihə, dekabrın 26-da "Yeni il Sevincləri", dekabrın 28-də "Qış Möcüzəsi" və dekabrın 31-də "Super Binqo" oyunları çoxsaylı iri pul uduşları və 5 gözəl avtomobil ilə xoşbəxt qalibləri gözləyir.
Lotereyasevərlər üçün ilin son ayının əhəmiyyəti təkcə uduşların məbləği və sayı ilə bağlı deyil. Ötən yazımızda qeyd etmişdik ki, Saatlı rayon sakini Əliyev Ələsgər "Binqo" lotereyasında 75 020 manat udmaqla əvvəla, cari ilin uduş rekordunu müəyyən etdi. Bu uduş həm də, "Qızıl Payız"dan Toyota "Prado" udan Kürdəmir sakini Fərzəliyev Fərzəlinin "köməyi" ilə uduş coğrafiyasını dəyişdi. Başqa sözlə, ilin əvvəlindən bəri Lənkəran və Şəki lotereya həvəskarlarına məxsus olan "iri uduşlar üzrə liderlik" mərkəzi aran bölgəsinə keçdi. Bu həyəcan yəqin ki, dekabrın 31-i, "Super Binqo"nun tirajı bitənədək davam edəcək. Bir daha qeyd edək ki, burada söhbət iri uduşlardan gedir. Məsələn, noyabrın son günlərində Gəncə şəhər sakinləri Vəzirov Əlixan Vəzir oğlu və Rəhimova Afayət İsmayıl qızının "Binqo" lotereyasından Chevrolet "Aveo" avtomobilləri udmaları lotereya azarkeşləri üçün sıradan bir uduşdur. Hərçənd ki, bu uduşlardan birinin sahibi, böyük sevinc içində olan Afayət xanım bu uduşu yetərincə dəyərləndirir: "ailəmizdə bir nəfər işləyir, mən evdar qadınam, iki övladımız tələbədirlər və birdən-birə, sanki göydəndüşmə gözəl bir avtomobil düşdü qismətimizə!" "Binqo"dan növbəti Chevrolet "Aveo" udan Bakı sakini Məmmədov Rüstəm Yuriy oğlunun da sevincini təsəvvür edə bilərsiz.
Yeri gəlmişkən, sanki lotereyalar da öz iştirakçılarını sevindirmək yarışına çıxıblar. Məsələn, "Klassik Loto" da öz iştirakçılarını avtomobilsiz qoymadı. Bakı şəhər sakini Əliyev Nihat Mahir oğlu bu oyunun 12-ci tirajında Nissan "Sunny" avtomobilinə sahib oldu. Musiqi kollecinin 19 yaşlı tələbəsi Nihat adəti üzrə hər ay aldığı təqaüddən bir neçə lotereya bileti alır və budur-Nissan "Sunny". Lotereya oyunlarında arabir iştirak edənlər satış məntəqələrində, adətən "bu gün hansı lotereya oynayır?" sualını verir və hər an, hər saniyə oynayan ani lotereyaları nəzərdən qaçırmırlar. Lənkəran sakini Aslanlı Kamran Sakit oğlu isə "Avto Sürpriz" ani lotereyasını pozmaqla bir anın içərisində "Kia Rio" avtomobilinə sahib oldu. Bakıda ticarət mərkəzlərinin birində kiçik ticarətlə məşğul olan 21 yaşlı Kamran deyir ki, iş yoldaşlarından birinin "Avto Sürpriz" biletini pozaraq 100 manat udması və uduşu yerindəcə almasından həvəslənib. "Maşın udmaq heç yuxuma da girmirdi, fikirləşirdim ki, mən də 100 manat udaram, "Kia Rio" uddum" deyir. Agcəbədi şəhər sakini, 25 yaşlı fotoqraf Səfərov İmran Tapdıq oğlu "Uğur" lotereyasının 66-cı tirajında 2000 manat udmaqla öz uğur payını götürüb və uduş payından çox razıdır. Yeni il lotereyalarında da bəxtini sınayacağını bildirir və inanır ki, onun əsas uduşları hələ qabaqdadır.
Yazının əvvəlində sadaladığımız uduşlara dekabrın 26-da oynanılacaq yüz faiz uduşlu Kia "Rio" və yeni Hyundai "Santa Fe", dekabrın 28-də oynanılacaq unikal Dodge "DURANGO", dekabrın 31-də oynanılacaq Volkswagen "Passat" və Kia "Optima" avtomobillərini əlavə etsək və biletin satış qiyməti ilə uduşların məbləği arasında 100-150 min dəfə fərq olması kimi amili nəzərə alsaq görərik ki, uduşlar həqiqətən kifayət qədər sanballıdırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında