NASA: Dekabrda dünyanın sonu olmayacaq

2012-ci ilin dekabrında dünyanın sonu olmayacaq. APA-nın məlumatına görə, ABŞ-ın NASA kosmik agentliyinin alimləri belə bir bəyanatla çıxış ediblər.
"2012-ci ildə dünyanın sonu olmayacaq. Bizim planetimiz 4 milyard il ərzində mövcuddur və tezliklə onun sonunun çatacağı barədə iddiaların heç bir elmi əsası yoxdur", -deyə NASA-nın saytında yerləşdirilmiş məlumatda bildirilir. Məlumatda günümüzdə populyar olan dünyanın sonu barədə fərziyyələr təkzib olunur. Fərziyyələrdən birinə görə Yer Günəş sistemində guya ki, mövcud olan mifik Nibiru planeti ilə toqquşacaq. İddialara görə, bu planetin mövcudluğu barədə qədim şumerlər məlumat vermişlər. Əvvəllər bu fərziyyəyə əsasən fəlakət 2003-cü ilin mayında baş verməli idi. Lakin bu baş verməyəndə dünyanın sonunun 2012-ci il dekabrın 21-də baş verəcəyini iddia etməyə başladılar. Mayya hindularının təqvimində vaxt dövriyyələrindən biri məhz bu tarixdə başa çatır.
Amerika alimləri bildirirlər ki, qədim mayyalar ümumiyyətlə dünyanın sonu barədə heç nə deməyiblər: "Mətbəxdə asılmış təqvimin dekabrın 31-də qurtarması ilə vaxt sona çatmır. Mayyaların təqvimi 2012-ci il dekabrın 21-də başa çatmır. Həmin gün onlarda uzunmüddətli bir dövr başa çatır, lakin bunun ardınca yeni bir dövr başlayır. Yəni yanvarın 1-də yeni il başladığı kimi", - deyə məlumatda qeyd olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında