Hüsnü Mübarək: "Xaosun qaçılmaz olduğunu demişdim"

Misirin sabiq prezidenti, ömürlük məhbus Hüsnü Mübarək ölkədəki olaylara münasibət bildirib. Rusiyanın "Kommersant" qəzeti yazır ki, sabiq prezident baş verənlərə qətiyyən təəccüblənmədiyini vurğulayıb: "Əvvəldən xaosun qaçılmaz olduğunu demişdim. Ancaq yeni dövlət başçısının hakimiyyəti bu cür qarmalamağa can atacağını gözləmirdim. Hakimiyyətim zamanı heç vaxt məhkəmənin əl-qolunu bağlayan belə fərman verməmişəm".
Hüsnü Mübarək Misir prezidenti postunu 1981-2011-ci illərdə tutub. 2011-ci ilin fevralında xalq hərəkatının təzyiqləri nəticəsində istefa verib. 2012-ci ilin iyun ayında Qahirə məhkəməsi onu ömürlük həbsə məhkum edib. Hüsnü Mübarək kütləvi etirazları qanda boğmaqda təqsirli bilinib. Bu ilin iyun ayından ölkəyə Məhəmməd Mursi prezidentlik edir. Noyabrın 22-də prezident Konstitusiya Bəyannaməsinə dəyişiklik edib. Yenilik prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
Məhkəmələr prezidentin imzaladığı sərəncamları və qanunları ləğv etmək hüququndan məhrum edilir, dövlət başçısı baş prokuroru birbaşa təyin etmək hüququ qazanır. Başqa bir dəyişikliklə məhkəmə orqanlarından parlamentin yuxarı palatasını və əsas qanunu hazırlayan Konstitusiya Komissiyasını buraxmaq hüququ alınır. Konstitusiya Bəyannaməsi prezidentə Hüsnü Mübarək rejimi zamanı törədilmiş cinayət işlərinin yenidən araşdırılmasına dair əlavə səlahiyyətlər də verir. Yenilik müxalifətin kəskin etirazına səbəb olub. Paytaxt Qahirədə və başqa şəhərlərdə meydanlara axışan müxaliflər prezidenti diktatorluqda ittiham edir. Qarşıdurmalarda ölənlər var. Noyabrın 26-da prezidentin geri addım atması müxalifəti qane etməyib.
Həmin gün Məhəmməd Mursi bəyan edib ki, məhkəmə sistemi dövlət başçısının qərarlarını ləğv edə bilər. Ali Məhkəmə Şurası ilə razılaşmaya görə, yalnız ölkənin suverenliyi ilə bağlı məsələlərin həllində prezidentin qərarı qətidir və mübahisə predmeti olmayacaq. Son məlumata görə, noyabrın 29-dan Misirin Ali Konstitusiya Məhkəməsi, Kassasiya Məhkəməsi və apellyasiya məhkəmələri prezidentin 22 noyabr qərarına etiraz olaraq tətilə başlayıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında