Lənkəranda yaşıllaşdırma aylığı keçirilir

Noyabr ayının ortalarından başlayaraq, Lənkəranın şəhər, qəsəbə və kəndlərində yaşıllaşdırma aylığı keçirilir. Kampaniya artıq kütləvi xarakter almışdır. Ötən şənbə günü isə bu kampaniyanı dəstəkləyən ümumrayon iməciliyi təşkil edilmişdir.
İməcilikdə bütün yaşayış məntəqələri sakinlərinin iştirakı ilə park, xiyaban və meydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağac, həmişəyaşıl bitki və dekorativ kollar əkilmişdir. Tədbirdə şəhər icra hakimiyyəti aparatının işçiləri, ərazi icra nümayəndəliklərinin, bələdiyyələrin üzvləri, Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin, Lənkəran Meşə Bərpası və Mühafizəsi Müəssisəsinin, Hirkan Milli Parkının əməkdaşları fəallıq göstərmişlər.
Ağacəkmə kampaniyası dekabrın 15-ədək hər gün davam edəcək.

{nl}


Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında