Pensiya kapitalı barədə informasiyanı əks etdirən elektron xidmət vətəndaşların istifadəsinə verilmişdir

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdədir. Növbəti belə tədbirlərdən biri sığortaolunanların fərdi hesablarına toplanan pensiya kapitalları barədə məlumatlandırılmasını özündə əks etdirən elektron xidmətin vətəndaşların istifadəsinə verilməsidir. 
"Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" adlı müasir məlumatlandırma sistemi Fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilmişdir. Xidmətdən yararlanmaq üçün ilk vaxtlar elektron imza tələb olunurdusa, hazırda bu tələb aradan qaldırılmış və istifadə qaydaları daha da sadələşdirilmişdir. Hər bir vətəndaş sadəcə olaraq özü haqqında müvafiq bilgiləri daxil etməklə bu elektron xidmətin daimi istifadəçisinə çevrilə bilər. Bu xidmət vasitəsilə istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır. Yaxın perspektivdə bu xidmətin daha da inkişaf etdirilməsi, eyni zamanda, vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatların da elektron qaydada sistemdə yerləşdirilməsi nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən digər elektron xidmətlərdən istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması ilə bağlı 2012-ci il noyabrın 1-i tarixinə qədər elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 11 730 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilmişdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilməkdədir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 36 yerli orqanı üzrə 223 712 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunmuşdur. İyun-oktyabr ayları ərzində 19 027 sığortaedən tərəfindən 42 876 əməliyyat həyata keçirilərək cəmi 3 642 294,54 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilmişdir.
Ümumilikdə hazırda Dövlət Sosial Müdafiə Fondunun internet saytında yerləşdirilən "Elektron xidmətlər" bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir. Fondun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumata görə yaxın vaxtlarda bu xidmətlərin sayının 25-ə çatdırılması nəzərdə tutulur.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında