Rafiq Tağıyevin qətli ilə əlaqədar başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir

Son günlər bəzi kütləvi informasiya vasitələrində Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, həmin informasiyalar cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyi üçün Baş Prokurorluq tərəfindən təkzib olunur.
Belə ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, o cümlədən zərərçəkmiş və şahid qismində 180 -dən çox şəxs dindirilmiş, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınmışdır. Bununla yanaşı, Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindirilmişlər.
Hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılmış, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməmişdir ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olmuşdur.
Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərmişdir ki, R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur.
Göstərilənlərlə yanaşı, R.Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş edilən ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında