XİN: Misirdə baş verən toqquşmalar zamanı Azərbaycan vətəndaşları arasında xəsarət alanlar olmayıb

"Azərbaycan vətəndaşlarına Qahirənin mərkəzi hissələrinə girməmək tövsiyə olunub"
Misirdə prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar və aksiyalar zamanı Azərbaycan vətəndaşlarından xəsarət alan olmayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Qahirədə baş verən hadisələrlə bağlı Azərbaycan səfirliyi ilə mütəmadi əlaqə saxlanılır. Səfirlik də öz növbəsində oradakı Azərbaycan vətəndaşları ilə əlaqədədir: "Səfirlik tərəfindən Azərbaycan vətəndaşlarına hərəkəti nisbətən məhdudlaşdırmaq, xüsusilə də şəhərin mərkəzi hissələrinə girməmək tövsiyə olunub. Hazırda səfirlik normal iş rejimində fəaliyyətini davam etdirir".
Qeyd edək ki, bir neçə gündür ki, Misirin paytaxtı Qahirədə prezident Məhəmməd Mursinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Həmçinin dünən paytaxt Qahirədən 80 km şimalda - Mahalle el-Kubre şəhərində Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında şiddətli toqquşmalar baş verib. Günorta başlanan toqquşmalar gecə saatlarında küçə döyüşləri ilə davam edib. Tərəflər odlu silahdan istifadə ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında