Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçiləri ilin sonunadək müvafiq ərizə və sənədlərini "Kapital Bank"ın şöbə və məntəqələrinə təqdim etməlidirlər

Azərbaycan Respublikası Prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına uyğun olaraq, 2012-ci ilin iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında 1992-ci il yanvarın 1-i tarixinə əmanət qalığı olan Azərbaycan Respublikasının vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanmışdır.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Fərmanda ərizələrin son qəbul tarixi 2012-ci il dekabrın 31-i nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir daha tövsiyə edir ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçiləri qeyd olunan müddət ərzində "Kapital Bank"ın şöbə və məntəqələrinə müvafiq ərizə və sənədlərini təqdim etsinlər.
Ərizələrin qəbulu istirahət günləri olan 2012-ci il dekabrın 29-u, 30-u və 31-də də həyata keçiriləcəkdir. Həmin müddətdən sonra müraciətlər qəbul edilməyəcək və onlara baxılmayacaqdır.
Qəbul olunmuş ərizələr üzrə fərdi birdəfəlik ödəmələr 2013-cü ildə həyata keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında