Bakıda Azərbaycan ilə Latviya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Azərbaycanda səfərdə olan Latviyanın rifah naziri xanım İlze Vinkele noyabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ilə görüşmüşdür. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə hər iki nazirliyin fəaliyyət sahələrinə aid məsələlər və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Tədbirdə nazir F.Ələkbərov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, sosial təminat sisteminin təkmilləşdirilməsi, icra olunan mühüm sosial proqramlar, sosial müdafiə və fəal məşğulluq tədbirləri barədə qonağa məlumat vermişdir.
F.Ələkbərov Azərbaycan-Latviya münasibətlərinin uğurla inkişaf etdiyini və bunun hər iki nazirlik arasında əməkdaşlıq əlaqələri üçün yaxşı imkanlar yaratdığını vurğulamışdır.
Latviyalı nazir Azərbaycanda müşahidə olunan inkişaf dinamikasının ölkəsi tərəfindən maraqla izlənildiyini qeyd etmişdir.
Qonaq nazirliyin fəaliyyəti, Latviyada həyata keçirilən sosial proqramlar, aztəminatlı vətəndaşların dövlət tərəfindən dəstəklənməsi sahəsində ölkəsinin malik olduğu təcrübə barədə məlumat vermişdir.
Xanım İlze Vinkele ölkələrimiz arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın hər iki tərəf üçün önəmli olduğunu diqqətə çatdırmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında