Azərbaycan ilə Latviya arasında fövqəladə hallar sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələri inkişaf edir

Noyabrın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Kəmaləddin Heydərov respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Kəmaləddin Heydərov, həmçinin cari ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Latviyanın daxili işlər nazirinin ölkəmizə rəsmi səfərinin və əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi ilə cari ilin mayında nazirliyin nümayəndə heyətinin onun rəhbərliyi altında Latviya Respublikasında rəsmi səfərdə olmasının əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Baş nazir Valdis Dombrovskis də öz növbəsində görüşə görə təşəkkürünü bildirmiş və ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Daha sonra Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında