Azərbaycan elminin təntənəsi

"Tətbiqi və hesablama riyaziyyatı" jurnalı impakt faktora layiq görülmüşdür
"Thomson Reuter Agency"nin (ABŞ) bu günlərdə açıqlanmış 2009-cu il üçün hesabatına əsasən Azərbaycanda nəşr olunan "Applied and Computational Mathematics" ("Tətbiqi və hesablama riyaziyyatı") jurnalı 0,633 təsir əmsalına (impakt faktor) layiq görülmüşdür.
2002-ci ildən ingilis dilində nəşr olunan bu jurnal Azərbaycanda impakt faktor almış ilk elmi jurnaldır. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap olunur. Onun redaksiya heyətinə 15-dən çox ölkənin tanınmış alimləri daxildir. Nəşr isə 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır.
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu tərəfindən təsis edilmiş nəşrin fəxri redaktoru professor Tamer Başar (ABŞ, İllinoys ştatı), baş redaktorları akademiklər Əli Abbasov, Fikrət Əliyev, professor Vladimir Larindir (Ukrayna).
Əsası keçən əsrin ortalarında qoyulmuş, baş ofisi ABŞ-ın Florida şəhərində yerləşən "Thomson Reuter Agency" dünya elmi ictimaiyyətini keyfiyyətli elmi informasiya ilə təmin etmək missiyasını yerinə yetirir. Bu təşkilatın siyahısında olan və elmin bütün sahələrini əhatə edən 10 minə yaxın elmi jurnalın yalnız dörddəbir hissəsi impakt faktora malikdir.{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında