Şərur rayonunun Danyeri kəndinin məscidi əsaslı təmir olunmuşdur

Naxçıvan Muxtar Respublikasında mənəvi dəyərlərimizin qorunub yaşadılması, dini abidələrin, ziyarətgahların bərpa edilməsi və yeni məscid binalarının tikilməsi və təmiri istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AzərTAc xəbər verir ki, noyabrın 27-də Şərur rayonunun Danyeri kəndinin məscid binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscid binasının qarşısında kənd sakinləri ilə görüşmüşdür.
Vasif Talıbov xalqımızın uzun illərdən bəri mənimsədiyi islami dəyərlərin yaşadılması, qorunub-saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini bildirərək demişdir ki, din mənəviyyat, saflıq deməkdir. Bu gün istifadəyə verilən Danyeri kənd məscidi də insanlarımızın mənəvi cəhətdən zənginləşməsinə xidmət edəcəkdir. Mənəvi cəhətdən sağlam insanlar dövlət, cəmiyyət, eyni zamanda, ailə üçün əvəzsiz sərvətdir. Ona görə də dövlətimiz insanların fiziki sağlamlığı ilə bərabər, onların mənəvi sağlamlığının qorunmasına da xüsusi diqqət göstərir.
Ali Məclisin sədri muxtar respublikada bu cür məscidlərin tikilərək və təmir olunaraq əhalinin istifadəsinə verilməsinin islami dəyərlərimizin yaşadılmasına xidmət etdiyini bildirmişdir.
Kənd ağsaqqalı Arif İbrahimov bildirmişdir ki, muxtar respublikada mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərilir. Danyeri kəndindəki məscidin əsaslı təmir olunması da dövlətimizin dini dəyərlərimizə yüksək diqqətinin ifadəsidir.
Sonra Ali Məclisin sədri məscid binasına baxmışdır.
Məscidin həyətində geniş abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, su xətti çəkilmiş, binanın divarları Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq bəzədilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında