Son 8 ildə Azərbaycanda qaz hasilatı 5,2 dəfə artmışdır

Ötən il Azərbaycanda 26 milyard kubmetr qaz hasil olunmuşdur ki, bu da 2004-cü ilin hasilatı ilə müqayisədə 5,2 dəfə çoxdur. Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə bildirmişdir.
"Şahdəniz" yatağının kəşfinin və bu layihənin uğurla həyata keçirilməsinin Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik bir ölkəyə çevirdiyini söyləyən X.Yusifzadə demişdir ki, layihə çərçivəsində yataqda 6 istismar quyusu qazılmışdır və bu quyuların potensial hasilatı 25-30 milyon kubmetr qaz və 7-8 min ton kondensatdır. "Şahdəniz" yatağının işlənilməsinin əvvəlindən 37,2 milyard kubmetr qaz və 9,8 milyon ton kondensat hasil edilmişdir.
Mövsümdən asılı olaraq, "Şahdəniz" yatağından Türkiyəyə gündəlik 7-10 milyon kubmetr, Gürcüstana isə 2-4 milyon kubmetr qaz nəql edildiyini deyən ARDNŞ-in birinci vitse-prezidenti Türkiyəyə ümumilikdə 21,3 milyard kubmetr, Gürcüstana isə 2,8 milyard kubmetr qaz ötürüldüyünü diqqətə çatdırmışdır.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat təşkil edir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında