Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir

Noyabrın 27-də ədliyyə naziri Fikrət Məmmədov Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə dost və qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı, parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu, respublikamızın sürətli tərəqqisi, iqtisadi, siyasi və hüquqi sahələrdə yüksək nailiyyətin əldə edildiyi məmnunluqla vurğulanmışdır.
C.Çiçəyin hələ ədliyyə naziri olduğu vaxtlardan hüquqi sahədə mühüm sənədlərin imzalanması ilə əməkdaşlığın genişləndirilməsinə böyük təkan verildiyi bildirilmiş, qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi, hakimlərin şəffaf seçimi və tədrisi üzrə faydalı müzakirələr aparılmış, bu sahədə qardaş Türkiyənin dəstəyi təqdir edilmiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərəsi qeyd olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında