Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı bəyannaməsi qəbul olunmuşdur

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı bəyannaməsi qəbul olunmuşdur. AzərTAc xəbər verir ki, Bəyannamənin müddəaları forumun təsis edilməsini, nizamnamənin qəbul olunmasını və fəaliyyətin davamlı əlaqələndirilməsi üçün katibliyin yaradılmasını özündə əks etdirir.
Bəyannamədə bildirilir ki, QİƏT ölkələri hökumətlərinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, mövcud münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə, etnik separatizmə və terrorizmə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə yönələn təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının ictimai dəstəyi təmin edilsin.
Bəyannamədə QİƏT ölkələrində demokratiyanın inkişafı və insan haqlarının qorunması məsələləri QHT-lərin diqqət mərkəzinə çəkilərək deyilir: "Üzv ölkələrdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqlarının qorunması naminə bu dəyərləri bölüşən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi region QHT-ləri tərəfindən daim təşviq edilsin və onların bu yöndə həyata keçirdikləri layihələr dəstəklənsin".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında